...

MDBƏİ və Azərbaycan Diplomatik Akademiyası başçıları əməkdaşlıq perspektivlərini planlaşdırıb

Siyasət Materials 16 Noyabr 2006 10:39 (UTC +04:00)

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu və Azərbaycan Diplomatik Akademiyası arasında əməkdaşlığın perspektivləri planlaşdırılıb. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə institutun rektoru Anatoli Torkunov Bakıya səfəri zamanı bildirib.

Tərəflər Bakı Dövlət Universiteti ilə beynəlxalq əlaqələr sahəsində məşğul olan tələbə mübadiləsi ilə bağlı razılaşma əldə edib. Diplomatik Akademiya ilə əməkdaşlıqda əsas diqqət tədqiqat layihələrində əməkdaşlığa ayrılacaq. Əməkdaşlıq çərçivəsində cəmiyyətin qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsinə, Azərbaycan, Rusiya və başqa ölkələrin təcrübəsinin öyrənilməsinə həsr olunmuş konfransın keçirilməsi planlaşdrılır.

A.Torkunovun sözlərinə görə, institut məzunları arasında çoxlu sayda xarici işlər nazirləri, sahə və baş nazirlər var. Məzunlardan bu gün yalnız Azərbaycanın dövlət başçısı İlham Əliyev prezidentdir", - deyə o bildirib.

MDBƏİ 1944-cü ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti