...

Hidayət Orucov: Azərbaycanda dini qurumlarla iş üzrə dövlət komitəsinin bağlanması ideyası absurddur

Siyasət Materials 16 Noyabr 2006 16:10 (UTC +04:00)

"Azərbaycanda dini qurumlarla iş üzrə dövlət komitəsinin bağlanması ideyası absurddur". Trend in xəbər verdiyi kimi, bu barədə komitə rəhbəri Hidayət Orucov ABŞ-da analoji qurumun olmaması faktını şərh edərkən bildirib.

O qeyd edib ki, Amerika kimi ölkədə bu cür təşkilat ola bilsin ki, lazım deyil. "Azərbaycanda dini, o cümlədən ictimai-siyasi sahədə gerçəkliklər müxtəlifdir. Azərbaycanda və bütün regionda şərait ABŞ-dakı mövcud səviyyəyə çatdıqda, ölkədə həmin qurum ləğv edilə bilər", - deyə komitə başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti