...

Vahid Ələkbərov: "Biz "Şahdəniz" layihəsində iştirak edir və onu uğurlu sayırıq"

Siyasət Materials 20 Noyabr 2006 12:37 (UTC +04:00)
Vahid Ələkbərov: "Biz "Şahdəniz" layihəsində iştirak edir və onu uğurlu sayırıq"

"Biz Azərbaycanda "Şahdəniz" layihəsində iştirak edir və onu uğurlu sayırıq. Bu layihə üzrə operatorlar gözəl işləyir. Buna görə də biz layihədən razıyıq". Bu barədə "LUKOYL" ASC-nin prezidenti Vahid Ələkbərov Moskvada şirkətin 15 illiyinə həsr olunmuş 4-cü Beynəlxalq Neft Forumunun yekunları üzrə keçirilmiş mətbuat konfransında Trend in xüsusi müxbirinin şirkətin Azərbaycandakı mövcud və perspektiv layihələri ilə bağlı suallarını cavablandırarkən bəyan edib.

D-222 layihəsinə toxunan V.Ələkbərov qeyd edib ki, məlum olduğu kimi, birinci quyu uğursuz olsa da, "LUKOYL" şirkəti çoxlu məlumat paketi toplayıb. Bu məlumatlar şirkət üçün, həm də "Mərkəzi" strukturunda Qazaxıstanla yeni layihələr üçün çox faydalıdır və hazırda öyrənilir. "Biz 2007-ci ildə bu məlumatların öyrənilməsini başa vuracağıq və D-222 layihəsi üzrə 2-ci quyunun qazılması haqqında qərar qəbul edəcəyik", - deyə V.Ələkbərov bildirib.

Xəbər lenti

Xəbər lenti