...

Azərbaycan xarici işlər nazirinin müavini İsrailin parlament missiyasını qəbul edib

Siyasət Materials 21 Noyabr 2006 18:12 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov noyabrın 21-də İsrailin parlament missiyasını qəbul edib. Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, missiyaya İsrail Knessetinin vitse-spikeri Amnon Koen və deputat Sofa Landver daxildir.

Görüşdə əməkdaşlığın inkişaf məsələləri, Yaxın Şərqdəki vəziyyət, sülh prosesinin intensivləşdirilməsi üzrə səylər, sivilizasiyalar dialoqunun inkişafı və s. müzakirə edilib.

Qeyd edək ki, İsrail parlamentarilərinin Bakı səfərinin məqsədi - noyabrın 21-23-də Bakıda keçirilməsi nəzərdə tutulan Qara dəniz İqtisadi Əməkdaşlıq (QİƏ) Təşkilatının Parlament assambleyasının (PA) toplantısında iştirak etməkdən ibarətdir. Deputatlar həmçinin Bakıda İsrail filmləri Həftəsinə həsr olunmuş tədbirlərdə də iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti