...

Bərdə rayonunun Qaratəpə kəndində ev quşları kütləvi şəkildə tələf olur

Siyasət Materials 22 Noyabr 2006 12:39 (UTC +04:00)

Bərdənin Qaratəpə kəndində məskunlaşan 50 yaxın məcburi köçkün ailəsinin ev quşları 5 gündür ki, kütləvi şəkildə qırılır. Trend in bölgə müxbiri xəbər verir ki, ev quşları olan toyuq, hind quşu, qaz və ördəklərin nə səbəbdən öldüyünü bilməyən məcburi köçkünlər bunun quş qrpi olmasından qorxurlar.

Məcburi köçkünlərin özləri quşlar arasında müxtəlif vaksinləmə aparsa da, bunun heç bir nəticəsi yoxdur. Onlar bununla bağlı dəfələrlə Bərdə rayon Baytarlıq İdarəsinə müraciət etsələr də, biganəlik görürlərr.

Hadisəyə münasibət bildirən Qaratəpə kənd bələdiyyəsinin başçısı Nizami Abbasov məsələni təsdiqlədi və bildirdi ki, quşların tələf olduğunu bir neçə dəfə Bərdə rayon Baytarlıq İdarəsinə bildirsə də, bir nəticə olmayıb.

Bərdə rayon Baytarlıq İdarəsinin rəisi Aydın Məmmədov isə məsələ ilə bağlı bildirdi ki, quşların ölməsi barədə onlara heç bir məlumat daxil olmayıb və ərazidə yaşayan məcburi köçkünlərə dövlət tərəfindən dərman preparatları verilmir. Odur ki, onlar bu məsələ ilə bağlı öz rayon və şəhərlərinin baytarlıq idarəsinə müraciət etməlidirlər.

Xəbər lenti

Xəbər lenti