...

"Qazprom" 2007-ci ildə Azərbaycana qaz tədarükünün həcmini 1,5 mlrd kub metrədək azaldacaq

Siyasət Materials 23 Noyabr 2006 11:22 (UTC +04:00)

"Qazprom" 2007-ci ildə Azərbaycana qaz tədarükünün həcmini 1,5 mlrd kub metrədək azaltmağı planlaşdırır. Bu barədə PRAYM-TASS agentliyinə "Qazprom" şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan öz qazının ixrac tədarükünə hazırlaşır. "Qazprom" rəqabətin əleyhinə deyil. Ancaq bu rəqabəti Rusiya şirkətinin şəxsi ehtiyatları hesabına dəstəkləmək məqsədəuyğun deyil", - deyə o bildirib.

Kupriyanov vurğulayıb ki, Rusiya qazının qiymətinin bahalaşmasını və respublikada hasilatın xeyli artmasını nəzərə alaraq, bu həcm Azərbaycanın idxal qaza olan tələbatını tam təmin etməyə imkan verəcək.

PRAYM-TASS agentliyinin məlumatına görə, Azərbaycan bəyan edib ki, qarşıdakı illərdə Rusiyadan qaz almaqdan imtina etmək niyyətində deyil. "Rusiyadan qaz idxalı davam etdiriləcək. Ancaq əgər qiymətlər bizi qane etməsə, alınacaq yanacağın həcmi yenidən nəzərdən keçiriləcək", - deyə "Azəriqaz"-ın sədri Əlixan Məlikov bəyan edib.

Azərbaycan Rusiyadan ildə 4,5 mlrd kub m. qaz alır. Bu ilin yanvarından qazın 1 min kub metrinin qiyməti 60 dollardan 110 dollaradək artırılıb.

Xəbər lenti

Xəbər lenti