...

Yaqud Eyyubov İranın vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 24 Noyabr 2006 18:21 (UTC +04:00)
Yaqud Eyyubov İranın vitse-prezidenti ilə görüşüb

Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov Türkiyədə İranın vitse-prezidenti Pərviz Davudi ilə görüş keçirib. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Trend ə eksklüziv olaraq məlumat verib.

Görüş Azərbaycan baş nazirinin müavini və İranın vitse-prezidentinin Ümumdünya İqtisadiyyat Forumunun işində iştirakı çərçivəsində keçirilib.

Xatırladaq ki, noyabrın 23-24-də Türkiyədə Ümumdünya İqtisadiyyat Forumunun növbəti toplantısı baş tutub. Forum qərargahı Cenevrədə yerləşən böyük beynəlxalq qeyri-hökümət təşkilatıdır. ÜİF-in illik forumu ənənəyə görə İsveçrənin dağ kurortu Davosda keçirilir, o, qeyri-rəsmi adını da buradan götürüb. Bundan əlavə, ÜİF hər il müxtəlif ölkələrdə regional və milli sammitlər keçirir.

ÜİF-in başlıca məqsədi - dünya ictimaiyyətinə iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində yardım etməklə dünyanın qlobal vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə forum qlobal inkişafın çox mühüm problemlərinin müzakirəsi və həlli üçün dünya ictimaiyyətinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına yardım edir.

Xəbər lenti

Xəbər lenti