...

Xarici işlər nazirinin müavini: 2008-ci ilin II yarısına qədər Azərbaycan ÜTT ölkələri ilə xidmət sahəsində danışıqları başa çatdıracaq

Siyasət Materials 27 Noyabr 2006 18:58 (UTC +04:00)
Xarici işlər nazirinin müavini: 2008-ci ilin II yarısına qədər Azərbaycan ÜTT ölkələri ilə xidmət sahəsində danışıqları başa çatdıracaq

2007-ci ilin sonu- 2008-ci ilin I yarısından gec olmayaraq Azərbaycan ÜTT-nin bütün üzv-ölkələri ilə xidmət sahəsində danışıqları tamamilə başa çatdırmağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə bu gün danışıqlar qrupunun başçısı, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə böyük irəliləyiş var və növbəti dəfə xidmətlər üzrə öz mövqelərini dəqiqləşdirmək üçün yaxın vaxtda ölkənin ÜTT-yə daxil olması üzrə dövlət komissiyasının iclası keçiriləcək.

Hazırda Azərbaycan ÜTT-nin 8-10 üzv-ölkəsi ilə çoxtərəfli danışıqlar aparır. Növbəti danışıqlara qədər AB və Türkiyə ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

"Hazırda Moldova, Gürcüstan və Oman Respublikası ilə danışıqlar tamamilə başa çatıb və onlarla müqavilənin imzalanması nəzərdə tutulub", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti