...

Azərbaycan prezidenti ATƏT ofisinin başçısını missiyasının tamamlanması münasibətilə qəbul edib

Siyasət Materials 1 Dekabr 2006 15:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də Bakıda diplomatik missiyasının tamamlanması münasibətilə ATƏT ofisinin başçısı Maurisio Pavesini qəbul edib.

Trend xəbər verir ki, M.Pavesi onun Bakıda olduğu müddətdə əməkdaşlıq etdiklərinə görə hökümətə və dövlət başçısına dərin minnətdarlığını bildirib. O əlavə edib ki, son illər ATƏT Azərbaycandakı layihələrinin sayını demək olar ki, iki dəfə artırıb, bu isə Azərbaycan höküməti ilə əməkdaşlıq sayəsində mümkün olub. "İndi deyə bilərəm ki, bizim əməkdaşlığımız çox uğurla inkişaf edir", - deyə o əlavə edib. Ölkədə müxtəlif qurumlarla, o cümlədən Ədliyyə və Xarici İşlər Nazirlikləri ilə birgə layihələrin reallaşdırılmasına gəldikdə, M.Pavesi bildirib ki, gələn il bu proqramların büdcəsi artacaq.

İlham Əliyev M.Pavesiyə ölkənin ATƏT-lə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. ATƏT-lə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edən prezident səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti