...

Bu gün parlamentdə Mərkəzi Seçki Komissiyasının formalaşdırılması məsələsi müzakirə olunacaq

Siyasət Materials 4 Dekabr 2006 17:36 (UTC +04:00)

Dekabrın 5-də Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının formalaşdırılması məsələsi müzakirə olunacaq.

İclasda eyni zamanda, "Beynəlxalq cinayətlərin məsuliyyətini müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında" , "Dərman vasitələri haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihələri müzakirə olunacaq. Bundan başqa, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək.

İclasın gündəliyinə daxil edilən sonuncu məsələ isə "Azərbaycan Respublikası ilə OPEK Beynəlxalq İnkişaf Fondu arasında Samur - Abşeron iriqasiya sistemi haqqında kredit layihəsinin təsis edilməsi haqqında" qanun layihəsinin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti