...

RF Dövlət Dumasının deputatı Andrey İsayev: "Rusiya Federasiyası əmək fəaliyyətində xarici işçi qüvvələrin iştirakını tənzimləmək lazımdır"

Siyasət Materials 6 Dekabr 2006 12:53 (UTC +04:00)
RF Dövlət Dumasının deputatı Andrey İsayev: "Rusiya Federasiyası əmək fəaliyyətində xarici işçi qüvvələrin iştirakını tənzimləmək lazımdır"

Rusiya ərazisində əmək fəaliyətində xarici işçi qüvvələrinin iştirakını və əmək miqrasiyası prosesini tənzimləmək lazımdır. Bu barədə eksklüziv olaraq Moskvadan Trend in müxbirinə RF parlamenti əmək və sosial siyasət üzrə komitəsinin sədri Andrey İsayev RF hökumətinin qərarını şərh edərkən bildirib. Bu qərara əsasən, 2007-ci il aprelin 1-dən etibarən xarici vətəndaşlara, o cümlədən MDB vətəndaşlarına bazarlarda, çadırlarda və digər pərakəndə ticarət obyektlərində ticarətlə məşğul olmaq qadağan olunur.

Onun sözlərinə görə, bu cür qərarın formal mexanizmini üçtərəfli əsasda Rusiya hökumətinin, işə qəbul edənlər və həmkarlar ittifaqlarının iştirakı ilə birgə hazırlamaq olar. A.İsayev: "Ona görə mən sevinirəm ki, Rusiya bu məsələnin həllinə başlayıb. Heç kəsin hüquqlarına toxunmayan və bizim vətəndaşların maraqlarına, milli iqtisadiyyatımızın mənafeyinə real olaraq işləyən tarazlaşdırılmış qərar hazırlamaq üçün mən bu təklifləri sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Rusiya ikitərəfli komissiyasında müzakirə etməyə çağırıram".

Xəbər lenti

Xəbər lenti