...

Bakıda GUAM ölkələrinin iqtisadi inkişaf və demokratiyanın inkişafı istiqamətində işçi qrupunun iclası keçirilir

Siyasət Materials 6 Dekabr 2006 13:44 (UTC +04:00)

Dekabrın 6-da Bakıda GUAM ölkələrinin iqtisadi inkişaf və demokratiyanın inkişafı istiqamətində işçi qrupunun iclası öz işinə başlayıb. Trend xəbər verir ki, tədbir Azərbaycanın sədrliyi ilə keçirilir.

Tədbirdə GUAM ölkələrinin daxili işlər nazirliklərinin nümayəndələri ABŞ-ın beynəlxalq təşkilatları iştirak edir. GUAM ölkələri bu dəfə mütəşəkkil cinayətkralıq, narkotiklərin qeyri-qanuni dövriyyəsi və terrorizmlə birgə mübarizə istiqamətində görüləcək işləri müzakirə edirlər.

İclasın işində Azərbaycanın daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov da iştirak edir və o, öz məruzəsində 2006-cı il ərzində görülmüş işlər barədə məlumat verib.

İclas iştirakçıları virtual mərkəzin fəaliyyətinin perspektivləri, operativ xarakterli məlumatlar mübadiləsinin yaxşılaşdırılması məsələlərini, o cümlədən 2007-ci il üçün təşkilati-praktik tədbirlər planını müzakirə edirlər.

İclas günün sonunda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti