...

Minadan zərər çəkən ailələr işlə təmin olunur

Siyasət Materials 8 Dekabr 2006 13:50 (UTC +04:00)

Minadan zərər çəkən ailələr işlə təmin olunur. Bu bardəə məlumatıTrendə "Ocaq" Humanitar Birliynin sədri Şahin Ramazanov verib. Onun sözlərinə görə, 28000 ABŞ dolları məbləğində olan "Minadan zərərçəkənlərin Gəncə Regional Resurs Mərkəzində peşə təlimi yolu ilə cəmiyyətə inteqrasiyası" adlı layihəni Avropa Şurası, BMT İnkişaf Proqramı və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) maliyyələşdirir.

Peşə təlimi layihəsi üzrə Gəncə şəhərindən və ondan 15-20 km məsafədə yerləşən yaşayış məntəqələrindən olan zərərçəkənlərin ailə üzvləri işlə təmin olunacaq. Bunun üçün 92 ailənin yaşayış və gəlirləri ilə bağlı araşdırma aparılıb. Nəticədə 24 nəfər minadan zərərçəkmişlərin ailə üzvlərindən 14 nəfəri xalçaçılıq, 10 nəfər isə dərzilik üzrə peşəyə yiyələniblər.

ANAMA-nın Xanlar Regional bazasının meneceri Namiq Məmmədov Agentlik tərəfindən təklif olunan layihədə tenderdə qalib olmuş "Ocaq" Humanitar Birliyinin tapşırıqları tezliklə yerinə yetirməsindən razı qaldıqlarını söylədi. O, layihəyə ayrılmış 28 min ABŞ dollarının 4 mininin resurs mərkəzinin təmir işlərinə sərf olunduğunu dedi.

Xəbər lenti

Xəbər lenti