...

Litva əmək və sosial təhlükəsizlik nazirliyinin gənclər departamentinin rəhbəri Bakıda görüş keçirəcək

Siyasət Materials 14 Dekabr 2006 21:01 (UTC +04:00)

Litva əmək və sosial təhlükəsizlik nazirliyinin gənclər departamentinin rəhbəri Curas Pozelan dekabrın 14-də Bakıya gəlib. Bu barədə Trend ə Azərbaycan idman və gənclər nazirliyinjdən xəbər veriblər.

Səfərin birinci günü İdman və Gənclər naziri Azad Rəhimov litvanın nümayəndə heyətini qəbul edib. Tərəflər gənclər siyasəti sahəsində Azərbaycan-Litva əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Hər iki ölkə arasında gənclərin mübadiləsi proqramının reallaşmasının əhəmiyyəti vurğulanıb. C. Pozelan Litvaya səfər etmək üçün Litva əmək və sosial təhlükəsizlik nazirliyinin dəvətnaməsini Azad Rəhimova verib.

Xəbər lenti

Xəbər lenti