...

Kəmaləddin Heydərov Fövqalada Hallar Nazirliyinin bir sıra əməkdaşlarına rütbələr və pul mükafatları təqdim edib

Siyasət Materials 15 Dekabr 2006 16:18 (UTC +04:00)

Dekabrın 15-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqalada Hallar Nazirliyinin bir sıra əməkdaşlarına rütbələr və pul mükafatları təqdim edib. Bu barədə Trend xəbər verir.

FHN-ın Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayonundakı hissəsində Fövqalada Hallar Nazirliyinin 1 illiyi münasibəti ilə tədbir keçirilir. Tədbirdə çıxış edən K.Heydərov FHN-ın əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib. K.Heydərov bildirib ki, bir il əvvəl yaradılmış FHN əhalinin təhlükəsizliyini layıqincə qoruyub. Ötən müddət ərzində FHN-in strukturları sürətlə inkişaf edir və nazirlik bir sıra ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq sahəsində sıx əlaqələr qurur.

Nazir FHN-nin bir il ərzində gördüyü işlər barədə hesabat xarakterli çıxış edib.

Xəbər lenti

Xəbər lenti