...

Bank Respublika-da bomba aşkar olunmayıb

Siyasət Materials 15 Dekabr 2006 17:48 (UTC +04:00)
Bank Respublika-da bomba aşkar olunmayıb

Bank Respublika-nın binasının baş ofisində bombanın olması haqqında polisə edilən anonim zəng yalan olub. Bu barədə Trend ə Azərbaycan FHN Mülki müdafiə qoşunlarının mülki müdafiə işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kamil Bağırov məlumat verib.

Onun sözlərinə görə, bank rəhbərliyinə anonim olaraq, binada bombanın olması haqqında məlumat verilib və rəhbərlik bu barədə operativ şəkildə hüquq-mühafizə orqanlarına xəbər verib.

K.Bağırovun sözlərinə görə, hadisə yerinə operativ şəkildə müvafiq orqanlar, o cümlədən minaaxtaranlar gəlib və yoxlama aparıblar. Heç bir partlayıcı qurğu aşkar olunmayıb.

Hazırda bank əməkdaşları öz iş yerlərinə qayıdırlar.

K.Bağırov bildirib ki, hüquq-mühafizə orqanları anonim zəngi edənin şəxsiyyətini müəyyən etmək üçün işlər görür.

Xəbər lenti

Xəbər lenti