...

Ramil Usubov DİN Çevik Polis Alayının yeni geyim formaları və fiziki hazırlığı ilə tanış olub

Siyasət Materials 16 Dekabr 2006 14:48 (UTC +04:00)

Dekabrın 16-da Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov DİN Çevik Polis Alayının yeni geyim formaları və fiziki hazırlığı ilə tanış olub. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir ÇPA-nın payız-qış və yaz-yay mövsümləri üçün nəzərdə tutulan yeni geyim formalarına baxış keçirib. Nazirə istifadəsi xüsusi tədbirlərdə, o cümlədən kütləvi iğtişaşlar zamanı geyilməsi nəzərdə tutulan güllə keçirməyən xüsüsi geyimlər, dəmir sipərlər və zəhərli maddələrdən qorunmaq üçün vasitələr barədə geniş məlumat verilib.

Sonra Çevik Polis Alayının Xüsusi Təyinatlı bölüyün nümunəvi çıxışları olub.

R.Usubov çıxışında həm Alayın fiziki hazırlığı, həm də şəxsi heyətin yeni geyim formasından razı qaldığını bildirib və qeyd edib ki, Çevik Polis Alayı DİN-in ən fəal və peşəkar dəstələrindən biridir. Nazir onu da vurğulayıb ki, ölkənin Ali baş komandanı, Prezident İlham Əliyev bu peşəkarlığın artırılması və Daxili İşlər Nazirliyinin əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması üçün daim diqqətini əsirgəmir.

Xəbər lenti

Xəbər lenti