...

Naxçıvan MR-də su anbarlarına 273,3 mln kubmetr su toplanıb

Siyasət Materials 21 Dekabr 2006 16:45 (UTC +04:00)

Naxçıvan MR-də su anbarlarına il ərzində 273,3 mln kubmetr su toplanıb. Bu barədə Trend in Naxçıvan Bürosu Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin məlumatına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, cari ilin ötən dövrü ərzində 300 km uzunluğunda kanal və arxlar təmizlənərək 135 ədəd nasos stansiyası və aqreqatlar təmir edilib. Bundan əlavə agentliyin əməkdaşları tərəfindən 31 km uzunluğunda içməli su xətti bərpa olunub, 15 km uzunluğunda bənd çəkilib.

Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin nəzdində yaradılan "Kəhrizlər İdrəsi" isə fəaliyyəti müddətində 331 kəhrizə baxış keçirilərək pasportlaşdrılıb. Qeydiyyata alınan kəhrizlər isə balansa götürülərək onların bərpasına başlanılıb.

Xəbər lenti

Xəbər lenti