...

Nazir: Azərbaycan hökuməti toyuq yumurtasının qiymətinin qalxmasından narahatdır

Siyasət Materials 21 Dekabr 2006 19:52 (UTC +04:00)
Nazir: Azərbaycan hökuməti toyuq yumurtasının qiymətinin qalxmasından narahatdır

Azərbaycan hökuməti yerli bazarlarda toyuq yumurtasının qiymətinin qalxmasından narahatdır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, narahatlıq bazarda inhisarçılıqla bağlıdır. "Quş qripi" təhlükəsi olanda yerli istehsalçıları qorumaq üçün həmçinin hökumət tərəfindən tədbirlər görülmüşdü. Lakin bəzi istehsalçılar bu tədbirlərin nəticəsini başqa cür başa düşdülər və məhsullarının qiymətini qaldırdılar.

Nazir deyib: "Biz Quş İstehsalı Assosiasiyası ilə iş aparırıq. Təbii ki, kənd təsərrüfatı məhsullarının realizəsi üzrə görülən təşkilati tədbirlər yumurtanın qiymətinin müvəqqəti aşağı salınmasına cətirib çıxaracaq. Biz assosiasiya ilə mütəmadi olaraq əlaqələri davam etdirməyi düşünürük ki, qiymətlərin süni şəkildə artımına mane olaq. Bugünkü qiymətlər qeyri-adidir, belə ki, bu məhsulu daha ucuz qiymətə xaricdən gətirmək olar və müvafiq olaraq daxili bazarlarda da qiymətlər bugünkündən daha ucuz ola bilər".

Onun sözlərinə görə, toyuq yumurtasının qiyməti aşağı salınmalıdır. H.Babayev vurğulayıb ki, assosiasiya və ölkədə fəaliyyət göstərən quşçuluq fabrikləri əhalinin hesabına öz istehsallarının səmərəsini artırmaq istəyir və hökumət onlara bildirib ki, toyuq yumurtasının qiymətini qaldırmaqla buna nail olmaq olmaz.

Xəbər lenti

Xəbər lenti