...

Rusiyanın daxili qoşunlarının qərargah rəisi Azərbaycanın daxili qoşunlarının komandanı ilə görüşüb

Siyasət Materials 22 Dekabr 2006 13:07 (UTC +04:00)

Dekabrın 22-də Bakıda səfərdə olan Rusiya Federasiyası DİN Daxili Qqoşunlarının qərargah rəisi Sergey Bunin Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının komandanı Zakir Həsənovla görüşüb. Trend xəbər verir ki, görüş Daxili Qoşunların Baş İdarəsində baş tutub.

Komandanlar rəhbərlik etdikləri qurumlar arasındakı əməkdaşlığı müzakirə ediblər, həmçinin dekabrın 22-də Azərbaycanın Daxili İşlər Nazirliyində imzalanmış əməkdaşlığa dair Protokolun gələcək istiqamətlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti