Bu ilin 11 ayı ərzində Gəncədə 226 yol-nəqiliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Trendə Gəncə şəhər Yol Polisi şöbəsinin rəisi Adil Zeynalov verib.
Musahibin sözlərinə görə, qəzalar zamanı ölən və yaralanların sayı ötən ilin 11 ayı ilə müqayisədə 23 nəfər azalıb.
Şöbə rəisi bildirib ki, bu il həmçinin saxlanılan sürücülər arasında sükanı sərxoş halda idarə edənlərin sayı artıb. Əgər ötən il 704 nəfər ickili maşını idarə edən aşkarlanıbsa, 2006-cı ildə bu rəqəm 1091 nəfər təşkil edib. Gəncədə qeydə alının yol hərəkət qaydalarının pozulması halları arasında yüksək sürətlə avtomaşınları idərə edənlər də çoxalıb. Bu il bəzi küçə və prospektlərdə müəyyən olunandan yüksək sürətlə idərə edənlərlə bağlı (30 baldan yuxarı) 484 hal aşkar olunub. Bu il dövlət nömrə nişanı olmadan avtomaşın idarə edən 48, ötən ilin 11 ayı ərzində isə 25 sürücü saxlanılıb. 2006-cı ildə yol polisinin əmrinə tabe olmayaraq maşını saxlamayanlar isə nisbətən azalıb. Bu halla bağlı 132 fakt bu il, 169-zu isə ötən il qeydə alınıb.