...

Millət vəkili Gültəkin Hacıyeva: "AŞ PA-nın qış sessiyasında hansı məsələlərin müzakirə olunacağı dəqiqləşib"

Siyasət Materials 27 Dekabr 2006 13:06 (UTC +04:00)
Millət vəkili Gültəkin Hacıyeva: "AŞ PA-nın qış sessiyasında hansı məsələlərin müzakirə olunacağı dəqiqləşib"

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində hansı məsələlərin müzakirə olunacağı dəqiqləşəib. Bu barədə Trend ə ekskülziv açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva məlumat verib.

Millət vəkilinin sözlərinə görə, AŞ PA-nın qış sessiyasında ötən iclasdan keçən müddətdə quruma üzv olan ölkələrdə aparılan monitorinq prosesindəki irəliləyişlər müzakirə olunacaq, Avropa Şurasının baş katibi Terri Devisin AŞ PA üzvlərinə müraciəti dinləniləcək və ona ünvanlanan suallar cavablandırılacaq.

"Qış sessiyasının gündəliyinə daxil edilən və diqqəti ən çox cəlb edən məsələ iki ölkənin - Albaniya və Ermənistanın Avropa Şurasına daxil olarkən qurum qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilmə səviyyəsinə qiymət verilməsidir" - deyə Gültəkin Hacıyeva bildirib.

Bundan başqa, gündəliyə enerji qaynaqlarından siyasi məqsədlərlə istifadə etməyin yolverilməzliyi, uşaq hüquqları və uşaq hüquqlarına Avropa hüququ prizmasından baxış və digər məsələlər daxil edilib.

G.Hacıyeva qeyd edib ki, AŞ PA-nın qış sessiyasında Azərbaycanın öhdəlikləri müzakirə olunmayacaq: "Azərbaycanın öhdəlikləri qurumun aprel ayında keçiriləcək yaz iclasında müzakirə olunacaq."

Millət vəkili vurğulayıb ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal şəkildə iştirak edəcəklər. O bildirib ki, deputatlarımız Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasında Ermənistanın üzərinə düşən məsuliyyətlə bağlı çıxışlar edəcəklər: "Bizim bu məsələyə münasibət bildirməməyimiz mümkün deyil."

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib - yetirmədiyinə gəlincə, G.Hacıyeva vurğulayıb ki, "Dağlıq Qarabağla bağlı öhdəlik istisna olunmaqla Ermənistan-Avropa Şurası münasibətlərində ciddi problemlər yaşanmır."

Xəbər lenti

Xəbər lenti