...

Teleradio Şurasının sədri: Yanvarın 3-dən "Kanal-D"nin, iyulun 1-dən STV, ORT və RTR kanallarının yayımı dayandırılacaq

Siyasət Materials 28 Dekabr 2006 16:04 (UTC +04:00)
Teleradio Şurasının sədri: Yanvarın 3-dən "Kanal-D"nin, iyulun 1-dən STV, ORT və RTR kanallarının yayımı dayandırılacaq

Bu gün - dekabrın 28-də Milli Televiziya və Radio Şurası Azərbaycanda yayımlanan Türkiyənin Kanal-D televiziyasının 2007-ci il yanvarın 3-dən, STV və Rusiyanın ORT və RTR telekanllarının yayımının 2007-ci il iyulun 1-dən dayandırılması barədə qərar çıxardı. Bu barədə Trend ə Şuranın sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O bildirib ki, bu gün Teleradio Şurasının iclası keçirilib və xarici kanalların yayımının qanuna müvafiq şəkildə tənzimlənməsi məsələsi müzakirə olunub. Türkiyənin TRT-1 kanalının yayımı isə davam etdiriləcək. "Azərbaycanla Rusiya və Azəraycanla Türkiyə arasında 1995-ci illərdə bağlanan müqavilələri əsas götürərək qərara aldıq ki, qərarımız gələn il yanvarın 3-dən "Kanal-D", iyulun 1-dən isə STV, RTR, ORT kanalları üçün qüvvəyə minsin. Biz ölkələrarası münasibətləri nəzərə almışıq, Türkiyənin və Rusiyanın müvafiq kanallarına əvvəldən xəbərdarlıq edirik" - deyə şura sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti