...

Millət vəkili Rafael Hüseynov: "AŞ PA-da Ermənistanın Metsamor AES-in bağlanması haqqında növbəti dəfə məsələ qaldıracağıq"

Siyasət Materials 28 Dekabr 2006 17:11 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri qurumun Ətraf mühüt Komitəsinin iclasında Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması haqqında növbəti dəfə məsələ qaldıracaqlar. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov bildirib.

"Mən 2002-ci ildən başlayaraq müxətif dövrlərdə Metsamor Atom Elektrik Stansiyasının Avropa və Cənubi Qafqaz üçün ciddi bir təhlükə mənbəyi olduğunu sənədlərdə göstərmişəm. AŞ PA deputatları arasında atom üzrə mütəxəssislər çoxdur və onlar da bu həyəcanı bölüşürlər. Çünki Metsamor dünyanın atom elektirik stansiyaları arasında ən köhnə texnologiyalarla işləyən stansiyalardan biridir" - deyə millət vəkili vurğulayıb.

Onun fikrincə, Metsamor AES seysmik cəhətdən çox aktiv olan bir bölgədə yerləşir. Ona görə də istənilən bir zərdə onu dağıda bilər.

Rafael Hüseynov qeyd edib ki, hətta Avropa İttifaqı da bu stansiyanın bağlanması ilə əlaqədar Ermənistan rəhbərliyinə müraciət edib.

Millət vəkili bu stansiyanın Azərbaycan üçün də ciddi təhlükə mənbəyi olduğunu deyib: "Ermənistan Metsamor AES-in zərərli tullantılırını Azərbaycanın istifadə etdiyi sulara axıdır, işğal olunmuş ərazilərdə basdırır. Bu da ekologiya üçün ciddi təhlükə mənbəyidir."

Rafael Hüseynovun sözlərinə görə, Avropa Şurasının bununla bağlı mövqeyi birmənalıdır ki, bu stansiyanın yaratdığı təhlükənin qarşısını almaq üçün konkret tədbirlər görülməlidir. "Ermənistanın Yaşıllar Hərəkatı da stansiyanın bağlanmasına tərəfdardır. Bu gec-tez olacaq" - deyə millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti