...

Azərbaycanda mənzil tikintisi ilə məşğul olan şirkətlərin vergiqoyma sistemi dəyişib

Siyasət Materials 16 Yanvar 2007 15:04 (UTC +04:00)
Azərbaycanda mənzil tikintisi ilə məşğul olan şirkətlərin vergiqoyma sistemi dəyişib

1 yanvar 2007-ci il tarixindən Azərbaycanda mənzil tikintisi ilə məşğul olan şirkətlərin vergi qoyma sistemi dəyişib. Bu barədə Trend xəbər verir.

Çərşənbə axşamı Vergilər Nazirliyinin vergi siyasəti və strateji təqiqatlar üzrə Baş idarəsinin rəisi Akif Musayevin mətbuat konfransında bildirdiyi kimi, Vergi məcəlləsinə düzəlişlər edilməmişdən əvvəl onlar həm əmlak vergisi, həm də mənfəət vergisi ödəyiciləri idilər, 2007-ci ildən etibarən isə bu şirkətlər sadələşdirilmiş vergi sisteminə keçdilər.

Bu şirkətlər bir kvadrat metrə görə 10 manat ödəyəcək və mənzil tikintisinin yerləşdiyi ərazidən asılı olaraq əmsal tətbiq olunacaq.

A.Musayevin sözlərinə görə, təkliflər artıq hazırlanıb və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaqlar.

Tikinti şirkətləri üçün bu ödəniş sistemi 2 il müddətinə və hər rüb ümumi ödənişin 12,5%-inin ödənilməsi üzrə tətbiq edilib. Ümumi ödəniş həcminin müəyyən olunması nəzərdə tutulub. Bu həcm 8 bərabər hissəyə bölünəcək və iki il ərzində ödəniləcək.

Nazirlər kabineti həmçinin minimal dövrüyyə göstəricisini təsdiq edəcək və mənzil tikintisi ilə məşğul olan şirkətlər bunu nəzərə almaqla, ƏDV ödəyəcəklər.

"Sadələşdirilmiş vergi ödəyiciləri ƏDV ödəməsələr də, mənzil tikintisi müstəsna hal olacaq", - deyə nazirliyin idarə başçısı qeyd edib.

A.Musayevin fikrincə, mənzil tikintisinin vergi qoyma sisteminin dəyişməsi vergi yükünün artmasına səbəb olmayacaq. Həm də bu, bünövrəsi 1 yanvar 2007-ci il tarixindən sonra qoyulan tikililərə şamil ediləcək.

Xəbər lenti

Xəbər lenti