...

Azərbaycan Dövlət Neft Şirkəti qaz hasilatının artırılması üzrə yeni proqramın reallaşdırılmasına başlayır

Siyasət Materials 17 Yanvar 2007 17:44 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti qaz hasilatının artırılması üzrə yeni proqramın reallaşdırılmasına başlayır

Azərbaycan Dövlət neft şirkəti (ARDNŞ) 2007-2008-ci illərdə öz qazının hasilat həcmlərini artırmaq üçün bir sıra böyük layihələri həyata keçirməyə hazırlaşır. Trend xəbər verir ki, bu barədə çərşənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması nəticəsində 2007-ci ildə qazın həcmi 5 mlrd. kubmetrə qədər artırılacaq. 2008-ci ildə təslim həcmi 8 mlrd. kubmetrə qədər artacaq.

"Bu layihələrin reallaşdırılması üçün bizə xeyli vəsait lazımdır və biz onların həyata keçirilməsi üçün kredit resursları cəlb etmək niyyətindəyik", - deyə R.Abdullayev qeyd edib.

Ötən ilin sonunda Azərbaycan Dövlət Neft Şirkəti öz yataqlarında qaz hasilatının artırılması üzrə yeni proqram təsdiq edib. Bu proqramın reallaşdırılması nəticəsində ümumi qaz hasilatı 2007-ci ilin sonu - 2008-ci ilin əvvəlinədək 3-3,5 mlrd. kubmetr artacaq. Bu, Azərbaycanın qaza olan tələbatını tamamilə ödəməyə və hətta onu ixrac etməyə imkan verəcək.

Qaz hasilatı həcminin "Günəşli", "Bulla-dəniz", "8 Mart" yataqlarında yeni qaz quyularının qazılması, yeni boru kəmərlərinin tikintisi və bir sıra digər işlərin hesabına artırılması nəzərdə tutulub.

Yalnız "Günəşli" yatağında 16 yeni qaz quyusunun istismara verilməsi nəzərdə tutulur. Əvvəl bu yataqda yeni quyuların sayı ildə 4-5 quyuya bərabər idi.

2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti 3,8 mlrd. kubmetr qaz hasil edib. Ötən ilin yanvar-noyabrında bu həcm 3,9 mlrd. kubmetrə bərabər olub.

Xəbər lenti

Xəbər lenti