...

Prezident Aparatının şöbə müdiri: "Azerbaycan enerji təhlükəsizliyi təminatı prioritetini müəyyənləşdirib"

Siyasət Materials 22 Yanvar 2007 18:41 (UTC +04:00)
Prezident Aparatının şöbə müdiri: "Azerbaycan enerji təhlükəsizliyi təminatı prioritetini müəyyənləşdirib"

Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək üçün dövlətin 2007-ci ildə inkişaf prioritetlərindən biri ölkəni gələcəkdə enerji ixracatçısına çevirməkdir, bu barədə Trend ə bazar ertəsi ekslüziv olaraq Prezident Aparatının ictimai siyasi şöbəsinin rəhbəri Əli Həsənov xəbər verib.

"Bu gün prezident İlham Əliyev tərəfindən qoyulmuş məsələyə görə, 2007-ci ildən ölkə öz enerji təhlükəsizliyini tam təmin etməlidir, ölkənin qaz idxalından asılılığı tamamilə aradan götürülməlidir" - deyə o söyləyib.

Enerji təminatı sahəsində modul elektrik stansiyalarının, alternativ enerji mənbələrinin tikintisi üzrə dövlət proqramının gerçəkləşməsi nəzərdə tutulur ki, bu, ilin sonunadək ölkənin enerji asılılığını aradan qaldırmalıdır.

Xəbər lenti

Xəbər lenti