...

Milli Məclis Aparatının əməkdaşları Böyük Britaniyadan qayıdıblar

Siyasət Materials 22 Yanvar 2007 18:45 (UTC +04:00)

Milli Məclis Aparatının bir qrup əməkdaşı yanvarın 17-dən 21-dək Böyük Britaniyada səfərdə olublar. Bu barədə Trend ə Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Rəhim Axundov məlumat verib.

R.Axundov qeyd edib ki, səfər Böyük Britaniyanın LİNKS təşkilatının təşəbbüsü ilə həyata keçirilib. Milli Məclis Aparatının əməkdaşları səfər zamanı Böyük Britaniya parlamentinin təcrübəsi ilə tanış olublar, təcrübə mübadiləsi aparıblar.

"Bizim nümayəndələr bu ölkənin qanunverici orqanında qanunların necə hazırlanması, ictimaiyyətlə əlaqələrin necə qurulması, stenoqramların hansı formada hazırlanması ilə tanış olublar", - deyə Rəhim Axundov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti