...

Elçin Quliyev: 2006-cı il Azərbaycan sərhəd mühafizəsinin təşkilinə yeni baxışın təzahürü olub

Siyasət Materials 23 Yanvar 2007 13:54 (UTC +04:00)

2006-cı il Azərbaycan sərhəd mühafizəsinin təşkilinə yeni baxışın təzahürü olub.

Trend in xəbərinə görə, bu barədə jurnalistlərə yanvarın 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının (SQ) komandanı general-leytenant Elçin Quliyev məlumat verib.

SQ komandanının sözlərinə görə, əgər 15 il ərzində sərhədçilər üçün ümumilikdə 100 bina tikilmişdisə, təkcə 2006-cı ildə belə binaların sayı 293 olub. E.Quliyev bu faktı Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsinin Azərbaycanın sərhədlərində də öz əksini tapması ilə əlaqələndirib.

"Bu gün müasir texniki avadanlıqların alınması və bu avadanlıqların sərhəd mühafizəsində tətbiqi, ilk dəfə olaraq Azərbaycana məxsus Xəzər sektorunun üzərinə məsafəli nəzarətin tətbiq edilməsi və s. hadisələr 2006-cı ilin ciddi irəliləyişlərindəndir. Bu addımlar Prezidentin imzaladığı 2006-2010-cu illərdə sərhəd mühafizəsinin texniki inkişafına dair proqram üzrə davam etdiriləcək" - deyə SQ komandanı bildirib.

Xəbər lenti

Xəbər lenti