...

Vahid Əliyev: Türkiyədən Azərbaycan müdafiə nazirinə müşavir gələcəyi barədə məlumatlar əsassızdır

Siyasət Materials 23 Yanvar 2007 14:12 (UTC +04:00)

Türkiyə Respublikasından kiminsə Azərbaycanın müdafiə nazirinə müşavir gələcəyi barədə məlumatlar əsassızdır. Trend in xəbərinə görə, bu barədə yanvarın 23-də jurnalistlərə Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev məlumat verib.

"Mən bilmirəm belə məlumatlar mətbuata hardan verilib. Ümumilikdə Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycanın Silahlı Qüvvələrinin zabitləri çiyin-çiyinə çalışırlar. Lakin Türkiyədən hər hansı şəxsin Azərbaycanın müdafiə nazirinə müşavir gətirilməsi məsələsi gündəlikdə yoxdur"- deyə V.Əliyev sözləyib.

Xəbər lenti

Xəbər lenti