...

MDB dövlətləri gənclərlə iş üzrə şurasının iclasında Azərbaycan səfir səviyyəsində təmsil olunacaq

Siyasət Materials 24 Yanvar 2007 12:49 (UTC +04:00)

MDB iştirakçı dövlətlərin gənclərlə iş üzrə şurasının iclasında Azərbaycan Belorusdakı səfiri səviyyəsində təmsil olunacaq. Bu barədə Trend ə Azərbaycan Gənclər və İdman Nazirliyindən bildiriblər.

İclas yanvarın25-də Minskdə keçiriləcək. İclasda Birlik iştirakçı dövlətləri arasında gənclər siyasəti sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Nazirlikdən bildiriblər ki, Azərbaycan gənclər və idman naziri Azərbaycanda Gənclər Gününün bayram edilməsi ərəfəsində iş qrafikinin dolu olması səbəbindən həmin iclasda iştirak edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti