...

Ötən il Naxçıvan şəhərində 460 yeni pensiya təyinatı aparılıb

Siyasət Materials 24 Yanvar 2007 18:15 (UTC +04:00)

Ötən il Naxçıvan şəhərində 5.775.740 manat məcburi dövlət sosial sığorta haqqı (MDSS) yığılıb. Trend in Naxçıvan Bürosu Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsinin məlumatına istinadən xəbər verir ki, MDSS haqqı yığılması istiqamətində proqnoz tapşırığa 104,1% əməl olunub.

Adıçəkilən təşkilatdan Trend ə onu da bildiriblər ki, MDSS haqlarının ödəməsindən yayınan 248 nəfər fiziki şəxs olub ki, onların hamısı DSMF-in Naxçıvan şəhər şöbəsi tərəfindən qeydiyyata alınıb.

Ötən il ərzində həmçinin 460 yeni pensiya təyinatı aparılıb. Bütövlükdə, qeyd olunan müddətdə şöbəyə 398 ərizə və məktubun daxil olduğu, vətəndaş tələblərinin araşdırılaraq qanuna müvafiq həll edildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti