...

AŞPA-nın miqrasiya, qaçqın və əhali üzrə komitəsi Cənubi Qafqazda itkin düşmüş, əsir və girov götürülmüş şəxslərə dair məruzəni təsdiq edib

Siyasət Materials 24 Yanvar 2007 18:44 (UTC +04:00)
AŞPA-nın miqrasiya, qaçqın və əhali üzrə komitəsi Cənubi Qafqazda itkin düşmüş, əsir və girov götürülmüş şəxslərə dair məruzəni təsdiq edib

AŞPA-nın miqrasiya, qaçqın və əhali üzrə komitəsi hollandiyalı deputat Leo Platvoetin hazırladığı, Cənubi Qafqazda itkin düşmüş, əsir və girov götürülmüş şəxslərə dair məruzəni təsdiq edib. Bu barədə Trend ə Leo Platvoetin özü eksklüziv olaraq məlumat verib.

O qeyd edib ki, məruzədə xüsusilə Dağlıq Qarabağın hakimiyyət orqanlarının adlarına dair ifadə ilə bağlı bəzi dəyişikliklər edilib. L.Platvoet bildirib ki, məruzə həm Cənubi Qafqaz ölkələrinə, həm də Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya bölgələrinə göndəriləcək.

Sonra isə hesabat təsdiq olunmaq üçün AŞPA-nın yaz sessiyasının müzakirəsinə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti