...

Qənirə Paşayeva: "Ermənistanın öhdəliklərinin müzakirəsi zamanı deputatlarımıza söz verilməməsinin araşdırılması üçün müraciət etmişik"

Siyasət Materials 24 Yanvar 2007 20:24 (UTC +04:00)

"AŞ PA-nın iclasında Ermənistanın öhdəlikləri müzakirə olunan zaman Azərbaycanı təmsil edən deputatlara söz verilməməsi məsələsinin araşdırılması üçün müraciət etmişik." Bu sözləri Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanı və Türkiyəni təmsil edən deputatların adları Ermənistanın öhdəlikləri müzakirə olunan zaman çıxış etmək istəyən şəxslərin siyahısında sonuncu yerlərdə yazılıbmış: "Biz bunu yaxşı hal kimi qiymətləndirmirik. Bu məsələnin araşdırılşması üçün müraciət etmişik."

Q.Paşayeva vurğulayıb ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri Ermənistanın öhdəlikləri müzakirə olunan zaman çıxış etmək üçün hələ 2006-cı ilin dekabr ayında müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti