...

Azərbaycan prezidenti Davosda bir sıra görüşlər keçirib

Siyasət Materials 25 Yanvar 2007 20:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 25-də Davosda Ümumdünya iqtisadi forumunda iştirakı çərçivəsində bir sıra görüşlər keçirib. Bu barədə Trend xəbər verir. Dövlət başçısı Ümumdünya iqtisadi forumunun sədri Klaus Şvabla görüşüb, forumun uğurla keçdiyini, tədbirin ölkələr arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Forum sədri isə Azərbaycanda böyük iqtisadi uğurlar əldə edilməsindən məmnunluğunu, Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

Dövlət başçısı Hollandiyanın "Şell" şirkətinin rəhbərliyi ilə də görüşüb, bu şirkətlə əməkdaşlığın perspektivləri müzakirə edilib.

İlham Əliyev forum çərçivəsində İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ilə görüş keçirib. Prezidentin növbəti görüşü Soros fondunun sədri Corc Sorosla olub. C.Soros Azərbaycanda gedən proseslərdən razı olduğunu, ölkə ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Prezident Amerikanın "Sisko" şirkətinin sədri Con Samberslə də görüş keçirib, informasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət başçısının sonuncu görüşü Ukraynanın baş naziri Viktor Yanukoviçlə olub.

Xəbər lenti

Xəbər lenti