Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri başlayıb. Bu barədə Trend ə prezidentin mətbuat xidmətindən bildiriblər. Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin Fransa prezidenti Jak Şirakla görüşü planlaşdırılıb, daha sonra dövlət naharı olacaq.
Yanvarın 30-da Azərbaycan prezidentinin baş nazir Dominik de Vilpenlə naharı olacaq. Elə həmin gün İlham Əliyevin Senat prezidenti Kristian Ponsele və Milli Assambleya rəhbəri Jan-Lui Debre ilə görüşləri keçiriləcək. Bundan başqa, prezident xarici işlər naziri Filipp Dust-Blazi, müdafiə naziri Mişel Allio-Mari, kənd təsərrüfatı və balıqçılıq naziri Dominik Bössero və veteranlarla iş üzrə səlahiyyətli nazir Xamlaui Mekaşera ilə görüşəcək.
Azərbaycan prezidentinin Fransaya dövlət səfəri yanvarın 31-də başa çatacaq.