Azərbaycan özünü Avropa üçün enerji ehtiyatlarının "etibarlı tədarükçüsü" kimi görür. Bu barədə bu gün Parisə səfəri başlayan Azərbaycan prezidenti İlham Əliyev "Fiqaro" qəzetinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı boru kəmərləri layihələrinə başlayarkən, "avropalıların tələbatlarını nəzərə almayıb". "Bizim sistemimiz işə başlayanda bu tələbatlar özünü göstərməyə başlayır, bu isə uğurlu təsadüfdür. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin köməyi ilə biz bu il gündə milyon barel tədarük edə biləcəyik", - deyə Azərbaycan lideri qeyd edib.
Əliyev həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri hazırdır və "1000 mlrd. kubmetr qazın olduğu böyük Şahdəniz yatağı istismar olunmağa başlayıb". "Noyabrda biz Avropa Birliyi ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında razılaşdıq və indi Azərbaycan Avropa üçün etibarlı enerji mənbəyinə çevrilib", - deyə Azərbaycan lideri bildirib. Bu barədə İTAR-TASS xəbər verir.