...

Azərbaycan sərhədçiləri gürcü həmkarlarına iki xüsusi təhlükəli cinaytəkarın saxlanılmasında kömək edib

Siyasət Materials 30 Yanvar 2007 13:31 (UTC +04:00)

Gürcüstan sərhəd polisi başçısı Badri Bitsadze göstərdikləri bu köməyə görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirib. O, bu gün keçirilən brifinqdə bildirib ki, azərbaycanlı həmkarları Gürcüstan DİN-nin axtarışında olan iki xüsusi təhlükəli cinayətkarın saxlanılmasında gürcü tərəfinə kömək edib.

B.Bitsadze bildirib ki, onun ixtiyarında olan sərhədçilər işə soyuq yanaşaraq "Qırmızı körpü" deyilən Gürcüstan-Azərbaycan sərhədində həmin iki nəfərin sərhədi keçməsinin qarşısını almayıblar. O qeyd edib: "Cinayətkar sərhədi keçdikdən sonra ölkə ərazisində hərəkət etmək istərkən Azərbaycan tərəfindən saxlanılıb".

B.Bitsadze sərhəd polisinin bir neçə yüksək vəzifəli məmurunu işdən qovub.

Xəbər lenti

Xəbər lenti