...

ABŞ-ın Dövlət Departamenti, nazirlik və ticarət qurumlarının rəsmi şəxsləri Bakıya gəlir

Siyasət Materials 6 Fevral 2007 17:49 (UTC +04:00)

Fevralın 7-də Bakıda Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycanın İqtisadi Tərəfdaşlıq Komissiyasının rəsmi açılış mərasimi olacaq. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Maliyyə naziri Samir Şərifov və ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes məsələləri üzrə müşaviri Deniyel Sallivanın həmsədrlik etdiyi bu Komissiya iqtisadi müzakirələr və əməkdaşlığı yeni səviyyəyə qaldıracaq. Bu yeni, yüksək səviyyəli komissiyada hər il görüşərək makroiqtisadi siyasət, ticarət, investisiya, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və digər məsələlər müzakirə ediləcək.

ABŞ nümayəndə heyətinə ABŞ Dövlət Departameniti ilə yanaşı, Ticarət, Energetika, Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri, Ticarət Nümayəndəliyi İdarəsi, Ticarət və İnkişaf Administrasiyası, Beynəlxalq İnkişaf üzrə Agentliyin yüksək nümayəndələri də daxil olacaqlar. Azərbaycan nümayəndə heyəti Maliyyə Nazirliyi ilə yanaşı, Xarici İşlər, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Səhiyyə nazirlikləri və Gömrük Komitəsinin nümayəndələrindən ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti