...

Gəncədə Polis, Təhsil, Gənclər və İdman idarələri birgə reyd keçirib

Siyasət Materials 8 Fevral 2007 17:20 (UTC +04:00)

Gəncədə Yetkinlik Yaşına Çatmayanlarla İşin Proflaktikası Komissiyası növbəti reyd keçirib. Trendin Qərb Bürosunun verdiyi məlumata görə Təhsil, Polis və Gənclər və İdman İdarələrinin birgə keçirdiyi reyd zamanı 25 nəfərə yaxın məktəbli dərsdən yayındığına görə saxlanılıb.

Qeyd edək ki, Komissiya tez-tez belə reydlər keçirir. Dərsdən yayınıb internet klublara və digər əyləncə mərkəzlərinə gedən məktəblilər haqqında tədbirlər görülür. Gəncə şəhər Polis İdarəsinin bölmə rəisi Eldar Əliyevin verdiyi məlumata görə bu dəfəki reyddə dərsdən yayınan məktəblilərə az rast gəlinib. "Əvvələr keçirdiyimiz reydlər zamanı 60-70-ə yaxın dərsdən yayınan yeniyetmə saxlayırdıq, lakin bu dəfə 25 belə məktəbliyə rast gəldik. Bu da onu göstərir ki, bu sahədə bir qədər irəliləyiş mövcuddur".

Gəncə şəhər Təhsil İdarəsinin məsləhətçisi Rauf Mirzəyev isə bildirdi ki, hansı məktəbdə nizam-intizam qaydaları zəifdirsə o məktəblərin direktorları haqqında ciddi tədbir görüləcək.

Saxlanılan yeniyetmələr polis bölməsinə gətirlib. Onların valideynləri və təhsil aldıqları məktəblərin nümayəndələri bölməyə çağırılıb və uşaqları təhvil götürüblər.

Xəbər lenti

Xəbər lenti