...

Baş prokuror: Gürcüstanın ədliyyə naziri Qiya Kavtaradzeni Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları maraqlandırıb

Siyasət Materials 8 Fevral 2007 19:07 (UTC +04:00)
Baş prokuror: Gürcüstanın ədliyyə naziri Qiya Kavtaradzeni Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları maraqlandırıb

Gürcüstanın ədliyyə naziri Giya Kavtaradzeni Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları maraqlandırıb. Bu barədə Trend ə Azərbaycanın baş prokuroru Zakir Qaralov məlumat verib.

Onun sözlərinə görə, rəsmi səfər çərçivəsində gürcüstanlı qonaq Gürcüstan qanunvericiliyindən və ümumilikdə, pentensiar xidmətin yenidən qurulması, Avropa standartlarına uyğun yeni islahedici məntəqələrin yaradılması, yeni Cinayət Prosessual Məcəllənin yaradılması və insan haqlarının müdafiəsi sahəsində aparılan işlər barədə danışıb.

Öz növbəsində Azərbaycanın baş prokuroru regionlarda yeni apellyasiya məhkəmələrinin yaradılması və buna uyğun olaraq dövlət ittihamçılarının (prokurorların) ştatının artırılması, həmçinin baş prokurorluğa test imtahanları yolu ilə işə qəbulun həyata keçirilməsi barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti