...

MSK dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini davam etdirir

Siyasət Materials 12 Fevral 2007 16:14 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) 100 seçki dairəsinin dairə seçki komissiyalarında monitorinqi başa çatdırdıqdan sonra 25 DSK-da analoji tədbirləri gerçəkləşdirməyə başlayıb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Fevral ayının 12-dən etibarən MSK-nın monitorinq qrupları dairə seçki komissiyalarında yoxlamalar aparmağa başlayıblar. Monitorinqlər 1 saylı Şərur - Sədərək, 2 saylı Şərur, 3 saylı Babək - Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Şahbuz - Babək, 7 saylı Ordubad, 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 96 saylı Goranboy - Naftalan, 97 saylı Goranboy - Ağdam - Tərtər, 101 Xanlar - Daşkəsən, 102 Samux- Şəmkir, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir- Daşkəsən, 103 saylı Gədəbəy, 104 saylı Gədəbəy - Tovuz, 105 saylı Tovuz, 106 saylı Tovuz - Qazax - Ağstafa, 107 saylı Qazax və 108 saylı Ağstafa dairə seçki komissiyalarında aparılır. Yoxlamalar fevral ayının 16-da başa çatacaq.

Bu dəfə də əvvəlki monitorinqlərdə olduğu kimi dairə seçki komissiyalarının yerləşdiyi binaların vəziyyətindən tutmuş dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqqı ödənilməsi cədvəlinə baxış keçirilməsinə qədər geniş miqyaslı monitorinqlər aparılması nəzərdə tutulub. Əvvəl keçirilmiş monitorinqlərin nəticələri hazırda MSK tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti