...

Yaponiya hökuməti hesabına maliyyələşən növbəti layihənin realizəsi başa çatıb

Siyasət Materials 14 Fevral 2007 15:07 (UTC +04:00)

Yaponiya hökuməti hesabına maliyyələşən növbəti layihənin Azərbaycanda realizəsi başa çatıb. Yaponiyanın Azərbaycandakı səfirliyindən Trend ə bildiriblər ki, fevralın 15-də Azərbaycanda 2000-ci ildən realizə edilən Yaponiyanın "İnsan təhlükəsizliyi və ot kökləri" proqramı çərçivəsində Yaponiya hökumətinin qrantı hesabına Norveç Qaçqınlar Şurası ilə birgə təmir edilmiş 15 saylı yataqxananın açılış mərasimi keçiriləcək.

Həmin yataqxanada 425 qaçqın yaşayır. Layihənin dəyəri 92 757 ABŞ dolları təşkil edir.

"İnsan təhlükəsizliyi və ot kökləri" proqramı Azərbaycanda 2000-ci ildən realizə edilir. Proqram çərçivəsində ümumi büdcəsi 5 mln. dollardan artıq olan 85 layihə realizə edilib. Layihələr Azərbaycanda sosial sahələrin, əsasən təhsil, səhiyyə və infrastrukturun inkişafına yönəlib. Azərbaycan müsətqillik qazandıqdan sonra ölkəmizə Yaponiya tərəfindən 700 mln. dollardan artıq məbləğdə yardım təqdim edib.

Xəbər lenti

Xəbər lenti