...

Bakıda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi ictimai-siyasi qurumlarla görüş keçirəcək

Siyasət Materials 14 Fevral 2007 18:40 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının Baş Katibi Henrik Kroner fevralın 15-də Hərəkatın Azərbaycan üzrə Hazırlıq Komitəsinin təmsilçiləri və geniş ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək. Bu barədə Trend ə Hərəkatın Azərbaycan üzrə Hazırlıq Komitəsindən məlumat verilib.

Baş katiblə görüşdə QHT və siyasi partiya nümayəndələri də iştirak edəcək. Görüşdən sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.

Qeyd edək ki, 1947-ci ildə yaradılmış Avropa Hərəkatı Avropa Birliyi ideyasını təbliğ edən əsas təşkilat olub. Hərəkat vahid Avropa Konstitusiyasının qəbul edilməsi üçün iş aparır və məqsədi Avropa Birliyi dövlətlərinin vətəndaşları arasında inteqrasiyanı dərinləşdirməkdir. Hazırda Hərəkatın Avropanın 41 ölkəsində nümayəndəliyi var və 21 beynəlxalq təşkilatı birləşdirir.

Xəbər lenti

Xəbər lenti