ATƏT Minsk qrupunun həmsədrləri tərəfləri, o cümlədən BMT Baş Assambleyası çərçivəsində ötən aylar ərzində əldə olunmuş danışıqların müsbət inkişafına ziyan verə biləcək təşəbbüslərdən imtina etməyə çağırır. Bu barədə Trend xəbər verir.
Birgə bəyanatda qeyd olunub ki, ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrləri - səfirlər Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayza (ABŞ) fevralın 14-ü və 15-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin iştirakı ilə Parisdə görüşüblər.
Həmsədrlər ümidvar olduqlarını bildiriblər ki, tərəflər danışıqların son bir neçə ayı ərzində əldə etdikləri imkanı əldən verməyəcəklər və Azərbaycan və Ermənistan XİN başçıları nizamlanma üzrə gələcək sazişin əsas prinsipləri üzrə ziddiyyətlərin aradan qaldırılması üçün yaxın gələcəkdə görüşəcəklər.