...

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə: "Keçmiş səhiyyə naziri Əli İnsanov özünü təmizə çıxarmağa çalışır"

Siyasət Materials 16 Fevral 2007 14:10 (UTC +04:00)

"Keçmiş Səhiyyə naziri Əli İnsanov özünü təmizə çıxarmağa çalışır. Əli İnsanov YAP-ı yaradanlardan deyil, bu təşkilatı quran yüzlərdən biridir". Trendin məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, o vaxt YAP-da Ə.İnsanov statusunda minlərlə adam var idi. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra minlərlə tibb mütəxəssisi içərisində Əli İnsanovu nazir təyin etdi. "Deməzdim ki, həmin mütəxəssislərin səviyəsi Ə.İnsanovun səviyəsindən aşağı idi. Ancaq 2005-ci ildə baş verən hadisələr ona göstərilən etimadı doğrultmadığını göstərir. Onun fəaliyyəti ilə bağlı 2005-ci ilə gədər də kifayət gədər şikayətlər var idi. Ona görə də özünü təmizə çıxartmağa çalışır və belə fikirlər səsləndirir",-deyə A.Mirzəzadə qeyd edib.

Onun fikrincə, keçmiş YAP üzvünün hakim partiya haqqında hansısa fikir səsləndirməsi əhəmiyyətsizdir: "Ə.İnsanov vaxtilə Səhiyyə Nazirliyinə özünün şəxsi müəssisəsi kimi baxırdı. İndi də YAP-a şəxsi müəssisəsi kimi baxmaqla YAP-dan kömək gözləyir".

Xəbər lenti

Xəbər lenti