Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Azərbaycan hökuməti yaxın vaxtlarda "Bakıelektrikşəbəkə" ASC və "Sumqayıtelektrikşəbəkə" ASC elektrik paylayıcı şəbəkələrini özəl şirkətlərin idarəsinə vermək fikrində deyil. Bu barədə cümə günü Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov məlumat verib.
Onun sözlərinə görə, əvvəl Barmek şirkəti bu şəbəkələrin idarə olunması sahəsində bir çox pozuntulara yol verib.
"Böyük həcmdə vəsaitlərin yanlış sərf olunması aşkar olunub, ona görə də elektrik paylayıcı şəbəkələr yenidən hökumətə qaytarılıb", - deyə o bildirib.
Yaqub Eyyubov "Bakıelektrikşəbəkə" ASC və "Sumqayıtelektrikşəbəkə" ASC-nin Siemens və "EES Rossii" RSC-nin idarəsinə verilməsi ehtimalı haqqında şayiələri təkzib edib.