...

Gəncədə istifadə olunmuş suya görə ödəniş aşağı səviyyədədir

Siyasət Materials 5 Mart 2007 15:41 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə su istehlakçılarının ödənişi aşağı səviyyədədir. Bu barədə məlumatı Gəncə şəhər "Su-Kanal" Törəmə Açıq Tipli Səhmdar Cəmsiyyətinin abonent şöbəsinin direktoru Zahid Aslanov verib.

Müsahibin sözlərinə görə, ötən ay şəhər üzrə ümumi yığım 64 min 766 manat təşkil edib ki, bu da sərf edilən suyun dəyərinin 21 %-i deməkdir. "Yığımın belə aşağı olmasının bir sıra səbəbələri var. Belə ki, Tarif şurasının qərarıdan sonra hesablamalar həm köhnə, həmdə yeni qimətlərlə aparıldı. Digər tərəfdən isə, büdcədən maliyyələşən təşkilatlar ödənişi hələ aparmayıblar. Onlar ilin ikinci rübündən sonra ödəniş aparcaqlar. Ümumi götürəndə yığımda irəliləyiş var. Əgər yanvar ayında yığım 46 min 177 manat (18,7%) idisə, fevralda 64 min 766 manat (21%) olub" - deyə Z. Aslanov bildirdi.

Müsahibin verdiyi məlumata görə, 2006-cı ildə su istehlakçılarının ödənişi 720 min 500 manat (6,7 %) olub ki, məbləğin 390 min manatı (46,4 %) əhali sektorunun payına düşüb.

Z. Aslanov onu da bildirdi ki, 2007-ci ilin sonunadək Gəncə şəhərində olan mənzillərin sayğaclarla təmin olunması nəzərdə tutulub. Bu, Almanya və İsveçrə hökümətlərinin Azərbaycanla birgə həyata keçirəcəyi layihəyə əsasən reallaşacaq.

Xəbər lenti

Xəbər lenti