...

Sloveniyanın prezidenti rəsmi səfərlə Azərbaycana gələcək

Siyasət Materials 6 Mart 2007 11:53 (UTC +04:00)
Sloveniyanın prezidenti rəsmi səfərlə Azərbaycana gələcək

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Sloveniyanın prezidenti Yanez Drnovşek (Janez Drnovsek) bu ilin iyulunda Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşarın məlumatına əsasən, səfərin həyata keçirilməsi üzrə prinsipial razılıq artıq əldə olunub, yalnız texniki məsələləri həll etmək qalıb. Diplomatın bildirdiyinə görə, ayın sonunda tərəflər təşkilati məsələlərin həllinə başlayacaq.

Onun sözlərinə görə, bu Sloveniya prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və bu səfər azərbaycanlı həmkarı İlham Əliyevin ötən ilin avqustunda Sloveniyaya səfərinə cavab səfəridir.

Sloveniya prezidentinin səfəri həmçinin bu ölkənin Azərbaycandakı yeni səfiri Mitya Ştrukeljin (Mitja Strukelj) Azərbaycan prezidentinə etimadnaməsinin təqdimatı mərasimində müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti