...

Türkiyə baş nazirinin Azərbaycana səfər proqramı elan olunub

Siyasət Materials 7 Mart 2007 13:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Türkiyənin Azərbaycandakı səfirliyi baş nazir Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfər proqramını elan edib. Səfirlikdən verilən məlumata əsasən, Türkiyənin baş naziri Bakıya martın 8-də axşam gələcək. Martın 9-da Türkiyə hökumət başçısının iştirakı ilə iki tədbir planlaşdırılıb. Səhər Azərbaycan-Türkiyə diasporlarının I Konqresi öz işinə başlayacaq. Konqresdə Türkiyənin baş naziri və Azərbaycan prezidentinin iştirakı gözlənilir. Günorta Türkiyənin baş naziri Türkiyənin Azərbaycandakı səfirliyinin Səməd Vurğun küçəsində yerləşən yeni binasının açılış mərasimində iştirak edəcək. Səfər çərçivəsində Türkiyə hökumət başçısı həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Türkiyə hökumət başçısı vətənə martın 9-da qayıdacaq.

Xəbər lenti

Xəbər lenti